ŞƏXSİ KABİNET

Elanlar


Elan

Avrasiya Patent

İdarəsi işçi axtarır 

Avrasiya Patent İdarəsi Kimya və tibb ekspertizası idarəsinin Kimya və tibb şöbəsində vakant olan aparıcı-ekspert vəzifəsinə işə qəbul haqqında müsabiqə  elan etmişdir.

Bununla əlaqədar Avrasiya Patent Təşkilatının prezidenti S.Tlevlesova tərəfindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin Sədrinin adına müraciət daxil olmuşdur.

Biotexnologiya sahəsində çalışan mütəxəssisləri müsabiqədə iştirak etməyə dəvət edirik.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 2020-ci il 25 iyun tarixinədək Azərbaycan Respublikasının Əqli Mülkiyyət  Agentliyinə və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin elektron poçt ünvanlarına (info@copat.gov.az; office@patent.gov.az) göndərə bilərlər.

Təqdim olunmuş sənədlər Əqli Mülkiyyət Agentliyi tərəfindən Avrasiya Patent İdarəsinə göndəriləcəkdir.

Müsabiqədə iştirakla bağlı Avrasiya Patent İdarəsinin aşağıda göstərilən saytından ətrafı məlumat əldə edə bilərsiniz:

https://www.eapo.org/ru/, https://www.eapo.org/ru/index.php?newspress=view&d=1031 

 

Əlaqə telefonları: (012) 449 62 54; (050) 319 07 21

 

Qoşma: 1. Qeydiyyat üçün anket vərəqi 

    2. Elan vərəqi 

Azərbaycan Respublikası Əqli Mülkiyyət

 Agentliyinin tabeliyində olan Patent və

Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi

 





Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası tələbə və gənc tədqiqatçıları 2020-ci ildə 
distant kurslarda təhsil almağa

 DƏVƏT EDİR

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası tərəfindən təşkil edilən 2020-ci il üçün Distant kurslar barədə  məlumatları dərc edirik.

 Təqdim olunan mövzuların tələbə və gənc tədqiqatçılar üçün faydalı olacağını nəzərə alaraq, onlar distant kurslarda iştirak etməyə  dəvət olunur.

Qeydiyyatdan keçmiş iştirakçıların təhsilinin ödənişsiz təmin olunması üçün paralel olaraq məlumatları Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə də göndərilməsini xahiş edirik.

Kurslarda qeydiyyat cari il 15 mart tarixədəkdir.

Aşağıda göstərilən sayta daxil olmaqla distant kurslar barədə əlavə məlumatları əldə edə bilərsiniz.

WIPO Academy

www.wipo.int › academy

 

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan

Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi.

email: a.ismayilov@patent.gov.az;  isapashayev596@gmail.com

əlaqə telefonları:  (012) 449 62 54;  (050) 319 07 21 ; (051) 340 65 85
 

WIPO Academy - [DL] Distance Learning Program 2020     https://www.wipo.int/academy/en/ 

WIPO Academy DL Registration Guide (StartupAcademies) 2020   https://www.wipo.int/academy/en/  

Академия ВОИС – [DL] Программа дистанционного обучения 2020   https://www.wipo.int/academy/ru

ELAN

                                                           Sizi ödənişsiz təlimlərə dəvət edirik!  

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi 2020-ci ilin 1-ci rübündə “İxtira, faydalı model və sənaye nümunələrinin qeydiyyatı: iddia sənədlərinin tərtibi, təqdim edilməsi, ekspertizası və qeydiyyatdan keçirilmiş sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda ödənişsiz təlim kursları təşkil edir.

Elmi-tədqiqat institutlarında, ali, orta ixtisas, ümumi təhsil və peşə məktəblərində, istehsal müəssisələrində çalışan ixtiraçılar, təhsil alan tələbələr, şagirdlər və ixtira ilə maraqlanan hər bir şəxs təlim kurslarında iştirak edə bilər.

Təlimlərdə iştirak etmək istəyən namizəd özü barədə məlumatları (doğum tarixi, təhsil aldığı və ya işlədiyi yer, ixtisası (peşəsi), olduğu halda əsərləri (ixtiraları) və zəruri bildiyi digər məlumatlar) 2020-ci ilin yanvar ayının 20-dək Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin elektron poçt ünvanına (office@patent.gov.az) göndərməlidir.

Dinləyicilərə Əqli Mülkiyyət Agentliyinin və Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən patent alınması üçün iddia sənədinin tərtib edilməsi, təqdim olunması, ekspertizası, qeydiyyatı, ixtira, faydalı model və sənaye nümunələrinə xarici ölkə patentlərinin alınması qaydası, patentin qüvvədə olma müddəti və patent qanunvericiliyində yeniliklər barədə ətraflı məlumatlar veriləcək və onları maraqlandıran suallar cavablandırılacaqdır.

İştirakçılara təlim kurslarını bitirmələri barədə sertifikatlar təqdim olunacaq.

Kurslar həftənin iş günləri saat 15:00-dan – 17:00-dək Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 124) keçiriləcəkdir.

Təlimlərin başlanma tarixi barədə məlumat veriləcəkdir.

Ətraflı məlumat almaq üçün (n.osuji@patent.gov.az) elektron poçt ünvanına müraciət edə və ya (012) 449 62 54; (055) 930 63 35 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.






  

Ünvan: Bakı şəhəri, AZ 1078, Nəsimi rayonu, Mərdanov qardaşları., 124
Telefon: 449-99-59;  449-62-71;  449-62-73

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi