ŞƏXSİ KABİNET

Azərbaycan və Qazaxıstan arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq inkişaf etdiriləcəkdir

2021-10-01

Əqli Mülkiyyət Agentliyinin və Agentliyə istinadən AZƏRTAC-ın yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclasının Protokolunun icrası çərçivəsində Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə Qazaxıstan Ədliyyə Nazirliyinin “Əqli Mülkiyyət Milli İnstitutu”nun (KAZPATENT) birgə təşkilatçılığı ilə əqli mülkiyyət obyektlərinin hüquqi qorunması məsələlərinə həsr olunan onlayn treninq keçirilmişdir.

Treninqdə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları, coğrafi göstəricilər və seleksiya nailiyyətlərinin hüquqi qorunmasına dair geniş müzakirələr aparılmışdır. Qeyd edilmişdir ki, əqli mülkiyyətin inkişaf etdirilməsi sahəsində qarşılıqlı təcrübə mübadilələri sahənin inkişafına əhəmiyyətli töhfələr verə bilər.  

Tərəflər arasında əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq sənaye mülkiyyəti obyektlərinə hüquqların qorunması sahəsində Qazaxıstan təcrübəsinə dair təqdimatlar olmuşdur. Məruzəçilər Qazaxıstanın sahə üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi, habelə yeni qanunvericilik aktlarının layihələri barədə azərbaycanlı həmkarlarına ətraflı məlumat vermişlər.

Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin mütəxəssislərini maraqlandıran bir sıra suallarını Qazaxıstan nümayəndələri öz ölkələrinin əqli mülkiyyət sahəsində təcrübəsinə istinad edərək cavablandırmışlar.

Hər iki ölkənin mütəxəssisləri arasında tərəflərin əldə etdikləri  təcrübə barədə geniş fikir mübadiləsi aparıldı.

Növbəti tədbirin Azərbaycan tərəfinin əqli mülkiyyətin aktual məsələlərinə həsr olunan mövzularda təqdimatları ilə davam etdirilməsi barədə razılığa gəlindi.



« XƏBƏRLƏR






  

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları., 124

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi