ŞƏXSİ KABİNET

Global Innovation Index 2021

2021-09-23


ƏQLİ MÜLKİYYƏT AGENTLİYİNİN QLOBAL İNNOVASİYA İNDEKSİ (Qİİ) – 2021-İN 14-CÜ NƏŞRİNƏ İSTİNADƏN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ YAYDIĞI MƏLUMATDA BİLDİRİLİR Kİ,  AZƏRBAYCAN RESPUBLİKASI 2021-Cİ İL QLOBAL İNNOVASİYA İNDEKSİNDƏ MÖVQEYİNİ YAXŞILAŞDIRMIŞDIR.

Bu məlumat Kornel Universiteti (ABŞ), INSEAD Biznes Məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) birgə nəşri olan və bu il 132 ölkəni əhatə edən (keçən ilki reytinq 131 ölkəni daxil edirdi) Qlobal İnnovasiya İndeksi (Qİİ) – 2021-in 14-cü nəşrindən götürülmüşdür.

Qlobal İnnovasiya İndeksi 2007-ci ildən nəşr edilir.

Qİİ – 2021-in reytinqi innovasiya fəaliyyətinin potensialı, səmərəliliyi və çərçivə şərtlərini əhatə edən 81 göstərici əsasında tərtib edilmişdir. Təhlil edilən göstəricilər qanunvericilik, elm və təhsildən tutmuş bazar, biznes, infrastruktur və s. məsələlərinin inkişafına qədər geniş məlumatlar spektrini əhatə edir. Qİİ-nin nəşr edilməsinin əsas məqsədi ölkələrin innovasiya mexanizmlərinin səmərəliliyinin qiymətləndirməsinə imkan yaratmaqdır.

Qİİ – 2021-in reytinqi innovasiya fəaliyyətinin iki yekunlaşdırıcı - "innovasiya resursları" və "innovasiya nəticələri" adlanan alt indekslərə daxil olan 7 qrup göstəricisindən ibarətdir. "İnnovativ resurslar" alt indeksi beş qrupa bölünür: 1 - qurumlar; 2 - insan kapitalı və elm; 3 - infrastruktur; 4 - daxili bazarın inkişafı və 5 - biznesin inkişafı. Bu qruplar  innovasiya prosesləri baş verən milli iqtisadiyyatın elementlərini qiymətləndirməyə imkan verir.

"İnnovativ nəticələr" alt indeksi iki qrupa: 6 - bilik və texnologiyaların yayılması və 7 - kreativ fəaliyyətin nəticələri – bölünməklə, innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.

Əqli Mülkiyyət Agentliyinin yaydığı məlumatda daha sonra qeyd edilir ki, Qİİ–2021-in lideri İsveçrədir, onun ardınca İsveç, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Cənubi Koreya gəlir. Ən innovativ ölkələrin ilk onluğuna eləcə də Niderland, Finlandiya, Sinqapur, Danimarka və Almaniya daxildir. Çin, reytinqdə 12 - ci yeri alaraq, ikinci onluq ölkələr sırasına daxil olub.

Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər Estoniyada - 21 -ci yer, Latviyada - 38-ci yer və Litvadadır - 49-cu yer. Rusiya 45-ci yeri, Azərbaycan isə ötən ilə nisbətən (82 -ci yer) reytinqini daha da yaxşılaşdırmışdır və 80-ci yerdə qərarlaşmışdır.

"İnnovativ resurslar" alt indeksi üzrə Azərbaycan reytinqdə MDB çərçivəsində Özbəkistanı (75), Ukraynanı (76), Moldovanı (80), Qırğızıstanı (81), Ermənistanı (85), Tacikistanı (104) qabaqlayaraq, 74-cü yerdə qərarlaşmışdır.

Bu alt indeks üzrə ölkənin ən yaxşı nəticəsini "Daxili bazarın inkişafı" bloku tutur - 36-cı yer. Bu blokda "Kredit" istiqaməti 33-cü yeri tutur, bu istiqamətə daxil olan "kreditin alınmasında əlçatanlıq" göstəricisi üzrə reytinqdəki bütün ölkələr arasında 1-ci, "mikromaliyyə kreditləri" göstəricisi üzrə 13-cü yerdədir.

“İnstitutlar” blokunda “iş mühiti” istiqaməti yüksək - 33-cü, “biznesə başlamağın asanlığı” göstəricisi isə 9-cu yerdədir. "İnsan kapitalı və elm" blokunda "ibtidai məktəbdə şagird-müəllim nisbəti" göstəricisi yüksək 8-ci yerdədir.

Qeyd etmək lazımdır ki, bu blokda "təhsil" inteqral göstəricisi üzrə Azərbaycan 2020-ci ildə 84-cü yerdən 2021-ci ildə 76-cı yerə keçərək öz mövqeyini yaxşılaşdırmışdır. Həmçinin qeyd edirik ki, Universitetlərin QS reytinqi üzrə Azərbaycan MDB ölkələri arasında Rusiya, Qazaxıstan, Ukrayna və Belarusdan geridə qalaraq, 5-ci yeri tutur. ”İnnovasiya əlaqələri” istiqaməti üzrə ölkə "Universitetlər və sənaye arasında əməkdaşlıq" və "Klaster inkişafı" göstəricilərinə görə yüksək, müvafiq olaraq, 23-cü və 27-ci yerləri tutur.

“İnnovativ nəticələr” alt indeksi də heç də az əhəmiyyətli olan alt indeks deyil. Əgər "İnnovativ resurslar" alt indeksi innovasiyalar üçün əlverişlilik səviyyəsini əks etdirirsə, "innovativ nəticələr" alt indeksi bu sahədə nailiyyətləri əks etdirir. Bu alt indeks nə qədər yüksək olarsa, innovativ imkanlar bir o qədər səmərəli istifadə olunur.

Azərbaycan "innovativ nəticələr" yekunlaşdırıcı alt indeksi üzrə Tacikistanı (96-cı yer), Özbəkistanı (100-cü), Qazaxıstanı (101-ci), Qırğızıstanı (119-cu) qabaqlayır və 91-ci yeri tutur.

"İnnovativ nəticələr" alt indeksinə münasibətdə qeyd etmək lazımdır ki, "Kreativ fəaliyyətin nəticələri" bloku üzrə Azərbaycan Gürcüstan (74), Belarus (93), Tacikistan (107), Qazaxıstan (110), Özbəkistan (113), Qırğızıstanı (120) qabaqlayaraq, 67-ci yerdədir.

Bu alt indeksdə diqqət çəkən əsasən əqli mülkiyyət obyektləri ilə müəyyən olunan və hansılar üzrə Azərbaycan 2020-ci ilin nəticəsini (56-cı yer) 2 pillə yaxşılaşdıraraq, 54-cü yeri tutan "qeyri-maddi aktivlər" vacib göstəricidir. Bu inteqral göstəricidə kifayət qədər yüksək yerləri əqli mülkiyyət göstəriciləri: sənaye nümunələri və əmtəə nişanları tutur ki, bunlar üzrə Azərbaycan reytinqdə vəziyyətini, müvafiq olaraq, 18 və 11 pillə yaxşılaşdırmışdır.

Həmin alt indeksdə İKT və təşkilati modelin yaradılması göstəricisi yüksək 35-ci yeri tutur.

"Bilik və texnoloji nəticələr" blokundakı "biliklərin yaradılması" inteqral göstəricisinə görə Azərbaycan mövqeyini 6 pillə yaxşılaşdıraraq, "rezidentlərin faydalı modellərə iddiaları" (39-cu yer) və "rezidentlərin ixtiralara iddiaları” (56 -cı yer) kimi əqli mülkiyyət göstəriciləri üzrə olduqca yüksək yerləri tutur.

Ümumiyyətlə, Qİİ reytinq göstəricisinin bundan sonra yaxışlaşdırılması innovasiya resurslarının davamlı istifadəsi ilə əlaqələndirilir, başqa sözlərlə "İnnovasiya nəticələri" göstəricisinin (91-ci yer) "İnnovasiya resursları”na" (74-cü yer) çatdırılması ilə.

Qeyd etmək lazımdır ki, əqli mülkiyyət üzrə ən vacib göstəricilər isə sənaye mülkiyyətinə dair göstəriciləridir ki, bu da rezidentlərin – milli iddiaçıların patent fəallığının artması ilə əlaqəlidir. Belə ki, ötən müddət ərzində "rezidentlərin ixtiralara iddiaları" üzrə irəliləmə 8 mövqe, "rezidentlərin faydalı modellərə iddiaları” üzrə - 11 mövqe, "sənaye nümunələri" üzrə - 18 mövqe, "əmtəə nişanları" üzrə - 11 mövqe, “patent ailələri” üzrə 12 mövqe olmuşdur.



« XƏBƏRLƏR






  

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları., 124

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi