ŞƏXSİ KABİNET

Avropa Birliyi Əqli Mülkiyyət İdarəsinin (EUIPO) sənaye nümunələri ilə iş təcrübəsini Avrasiya regionunun ekspertləri də öyrənir

2021-06-22

Avrasiya Patent Təşkilatının yaydığı məlumatda bildirilir ki, 2021-ci il 17-18 iyun tarixlərində Avrasiya Patent İdarəsi (EAPO) və Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsi (EUIPO) tərəfindən "Sənaye nümunələri üzrə ekspertlər üçün qabaqcıl təcrübələrin mübadiləsi" mövzusunda birgə vebinar keçirilmişdir.

Vebinarda Avrasiya Patent Təşkilatına üzv ölkələrin milli patent idarələrindən və Avrasiya Patent İdarəsindən sənaye nümunələri sahəsində iddia sənədlərinə baxan 50-dən çox mütəxəssis iştirak etmişdir.

Vebinarda sənaye nümunələri ilə iş sahəsində EUIPO-nun təcrübəsinin öyrənilməsi, sənaye nümunələrinin qeydiyyatına dair iddia sənədlərinə baxılması, təsnifatın həyata keçirilməsi üçün alətlər, yeni sənaye nümunələrinə (qrafik interfeyslər, virtual sənaye nümunələri və s.) yanaşma və iddia ərizələrinə baxılarkən formal tələblər baxımından Avropa Birliyi ölkələrinin mövqelərinin uyğunlaşdırılması məsələləri müzakirə olunmuşdur.

Vebinar çərçivəsində sənaye nümunələrinin mühafizəsi, qeydiyyatdan imtinaya etiraz proseduraları, hüquq tətbiqetmə təcrübəsi və apelyasiya orqanlarının qərarları ilə bağlı da müzakirələr aparılmışdır.

Daha ətraflı məlumatı https://www.eapo.org/ru/index.php?newspress=view&d=1165 internet saytından əldə etmək olar.

. . .

Bildiririk ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İlkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunun müdiri Afət Qasımova və sektorun aparıcı məsləhətçisi Aysel Şahbazova vebinarda iştirak etmişlər.



« XƏBƏRLƏR






  

Ünvan: Bakı şəhəri, AZ 1078, Nəsimi rayonu, Mərdanov qardaşları., 124
Telefon: 449-99-59;  449-62-71;  449-62-73

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi